IMG-LOGO

EEVZA: Azərbaycanın U-20 millisi üçüncü oyunda məğlub olub

14.01.2024 00:34 131 baxış
IMG

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

"Report"un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (21:25, 14:25, 12:25)

Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti