"Neftçi" klubu qış təlim-məşq toplanışına start verib.
"Report"un paytaxt təmsilçisinə istinadən məlumatına görə, yanvarın 4-də BƏƏ-yə yola düşən komanda paytaxt Əbu-Dabidə ilk məşqə çıxıb.
"Neftçi" BƏƏ-də 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Neftçi"nin toplanışı yanvarın 17-dək davam edəcək.




