Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən edən "Araz-Naxçıvan" qış fasiləsində ilk transferini reallaşdırıb.
Bu barədə "Report"a Naxçıvan təmailçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Klub Jan Karlosla "5+10 aylıq" müqavilə imzalayıb. Futzalçı özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə mayda müqavilənin müddəti uzadılacaq.
J.Karlosun son klubu Polşa təmsilçisi "Darkomp" olub.