IMG-LOGO

"Sabah" klubu özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib

06 Jan 2026 12:12 13 baxış
IMG

"Sabah" klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

Bu barədə "Report"a paytaxt təmsilçisindən məlumat verilib.

"Bayquşlar"ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın "Rubin" klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından "Sabah"ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

Xəbər lenti