IMG-LOGO

Braziliyalı futbolçu "İnter"ə keçə bilər

06 Jan 2026 12:39 31 baxış
IMG

"Fiorentina" klubunun futbolçusu Dodo İtaliyanın başqa komandasına keçə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "İnter" 27 yaşlı müdafiəçi ilə maraqlanır.

Milan təmsilçisi braziliyalı oyunçu ilə müqavilə imzalamaq niyyətindədir. Florensiya klubu isə onu ən azı cari mövsümün sonunadək heyətdə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Dodonun "Fiorentina" ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm 25 matçda 1 qol vurub.

Xəbər lenti