"Çelsi" "Real"ın braziliyalı hücumçusu Vinisius Juniorla maraqlanır və onu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Lent.az bildirir ki, "The Guardian" qəzetinin məlumatına görə, İngiltərə klubu 25 yaşlı braziliyalı üçün 160 milyon avro ödəməyə hazırdır. Onun "Kral klubu" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Vinisius 2018-ci ildən bəri "Real"da oynayır və orada üçqat İspaniya çempionu və ikiqat Çempionlar Liqasının qalibi olub.
Vinisius Junior