IMG-LOGO

İbrahim Uzuncanın "Xankəndi"nin baş məşqçi vəzifəsindən ayrılmasının səbəbi müəyyənləşib

06 Jan 2026 11:40 5 baxış
IMG

İbrahim Uzuncanın Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçi vəzifəsindən ayrılmasının səbəbi açıqlanıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bölgə təmsilçisinin uşaq futbolu üzrə koordinatoru vəzifəsinə təyin olunan mütəxəssisin öz istəyi ilə postunu tərk etdiyi bildirilib:

"İbrahim Uzunca bundan sonra klubda uşaq futboluna cavabdehlik daşıyacaq. Hazırda uşaq futbolu ilə bağlı başqa yerdə fəaliyyət göstərən mütəxəssis "Xankəndi"yə ondan tələb edilən vaxtı ayıra bilmədiyi üçün qarşılıqlı razılıq əsasında, öz istəyi ilə baş məşqçi vəzifəsindən gedib. Buna baxmayaraq, hazırda da klubla əməkdaşlıq edir və məsləhətlərini verir. Akademiya tam qurulub istifadəyə verildikdən sonra dəvət olunacaq. Baş məşqçi vəzifəsi üçün bir neçə yerli mütəxəssislə danışıqlar gedir. Yaxın günlərdə bəlli olacaq və bu barədə ictimaiyyətə açıqlama veriləcək".

Klubdan "Xankəndi" akademiyasının hazırkı durumu ilə bağlı sorğuya da cavab verilib:

"Xankəndi"nin hazırda akademiyası yoxdur. Şəhərdəki stadionla bağlı Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparılır. Hazırda stadionda təmir işləri aparılır. Komanda I Liqaya yüksələcəyi və stadionun klubun sərəncamına verilməsindən sonra akademiyanın yaradılması planlaşdırılır".

Qeyd edək ki, 2025-ci ildən "Xankəndi"nin "sükanı arxasında" olan İbrahim Uzunca bu gün postundan ayrılıb. Lider "Qaradağ Lökbatan"la eyni - 39 xala malik "Xankəndi" hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Xəbər lenti