IMG-LOGO

"Real" klubu ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir

06 Jan 2026 09:14 4 baxış
IMG

İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən Adam Uortonu heyətinə qatmaq istəyir.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, paytaxt komandası 21 yaşlı futbolçunu yarımmüdafiə xəttində Orelyen Çuameniyə ideal alternativ hesab edir.

İngiltərəli oyunçu ilə "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çels"i də maraqlanır. Onun transfer qiyməti 70 milyon avrodan çoxdur.

Qeyd edək ki, Adam Uorton cari mövsüm bütün turnirlərdə 27 matçda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti