İngiltərənin "Nyukasl" klubunun futbolçusu Bruno Gimarayns karyerasını İspaniyada davam etdirə bilər.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Kataloniya təmsilçisi braziliyalı oyunçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klub qiyməti azaltmaq üçün bəzi futbolçularını da qarşı tərəfə təklif edəcək.
Qeyd edək ki, Gimaraynsın Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilədək qüvvədədir.
Bizim WhatsApp kanalımıza abunə olun