IMG-LOGO

Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib

06 Jan 2026 06:02 5 baxış
IMG

Futbol üzrə Misir və Nigeriya milli komandaları Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, turnir Mərakeşdə keçirilir.

1/8 finalda Misir əlavə vaxtdan sonra Benini 3:1 hesabı ilə məğlub edib. Belə ki, əsas vaxt 1-1 bitib.

Nigeriya Mozambiki 4:0 hesabı ilə məğlub edib. Misir 1/4 finalda Fil Dişi Sahili - Burkina Faso matçının qalibi ilə oynayacaq. Nigeriya isə Əlcəzair - Konqo DR matçının qalibi ilə qarşılaşacaq.

Bundan əvvəl Mali, Seneqal, Kamerun və Mərakeş Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib. 1/4 final görüşləri yanvarın 9 və 10-da keçiriləcək. Final yanvarın 18-də keçiriləcək. Turnirin hazırkı qalibi Fil Dişi Sahili komandasıdır.

Xəbər lenti