Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Report" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.
Bizim Telegram kanalımıza abunə olun