IMG-LOGO

"Qəbələ" Keytanın transferini açıqlayıb

05 Jan 2026 20:47 9 baxış
IMG

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də 33 nömrəli formada çıxış edəcək.

Xəbər lenti