IMG-LOGO

Manuel Noyer "Bavariya"nın heyətində 500-cü oyununu keçirib

13.01.2024 06:48 67 baxış
IMG

"Bavariya"nın qapıçısı Manuel Noyer komandasının heyətində 500-cü oyununu keçirib.

“Report”un xəbərinə görə, bu barədə “X” sosial şəbəkəsində “Opta Franz” statistik portalı məlumat yayıb.

Onun 500-cü oyunu Almaniya çempionatının XVII turunun "Bavariya" və "Hoffenhaym"ın qarşılaşmasına təsadüf edib. Komandalar Münhendəki (Almaniya) “Allyans Arena”da oynayıblar. Manuel Noyer meydana start heyətində daxil olub.

Qeyd olunur ki, matçların sayına görə Noyer Bastian Şvaynştaygerə bərabərdir. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) “Bavariya”nın heyətində daha çox oyun keçirib.

"Bavariya" 2023/2024 mövsümündə Bundesliqa turnir cədvəlində ikinci yerdədir. Komanda 16 oyunda 42 xal toplayıb. “Hoffenhaym” 24 xalla 7-ci yerdədir. Almaniya çempionatının turnir cədvəlinə “Bayer” (42 xal) başçılıq edir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti