IMG-LOGO

Premyer Liqa təmsilçisi Argentina millisinin futbolçusunu transfer edib

05 Jan 2026 17:11 5 baxış
IMG

İtaliyanın "Latsio" komandasının hücumçusu Valentin Kastelyanos İngiltərə təmsilçisi "Vest Hem"ə transfer olunub.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin futbolçusu ilə 4 il yarımlıq müqavilə bağlanıb. Sözləşmədə yer alan bəndə əsasən, müqaviləni daha bir il uzatmaq olar.

Qeyd edək ki, Valentin Kastelyanos 2023-cü ildən "Latsio"da çıxış edib və bu müddət ərzində 75 oyunda 16 qol vurub.

Xəbər lenti