Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək "Zirə" Rumıniya, Çexiya və Ukrayna klubları ilə üz-üzə gələcək.
Bu barədə "Report"a paytaxt təmsilçisindən məlumat verilib.
Komanda Antalyada 3 matça çıxacaq.
"Qartallar" yanvarın 12-də Rumıniyanın "Çiksereda", 16-da isə Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.