İtaliyanın "Napoli" klubunun hücumçusu Lorentso Lukka karyerasını Portuqaliyada davam etdirə bilər.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, "Benfika" futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
İllik məvacibi 2 milyon avro olan futbolçu üçün "Napoli"nin icarə haqqı tələb etdiyi bildirilir. 2025-ci ildən Neapol təmsilçisinin formasını geyinən futbolçu İtaliyanın digər klubu "Udineze"dən məcburi satınalma şərti ilə icarəyə götürülüb.
Qeyd edək ki, 25 yaşlı ön xətt oyunçusu cari mövsümdə meydana çıxdığı 20 matçda 2 qol vurub.