IMG-LOGO

"Qarabağ" rəsmisinin Nigeriyada bəyəndiyi futbolçular Azərbaycan klublarına da təklif oluna bilər

05 Jan 2026 16:03 5 baxış
IMG

"Qarabağ" Futbol Klubunun akademiyasının koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi futbolçular menecerlər vasitəsi ilə Azərbaycanın digər klublarına da təklif oluna bilər.

Bu barədə "Report"a 44 yaşlı keçmiş müdafiəçinin özü açıqlama verib.

O, "OBASA Oyunları 2025" turniri ilə bağlı Nigeriyaya səfər etmələri ilə bağlı fikirlərini bölüşüb:

"Dəvət onlardan gəlmişdi. Səfərin əsas məqsədi istedadlı gənc futbolçuları izləmək və təhlil etmək, yerli məşqçilərlə görüşlər keçirmək, həmçinin "Qarabağ" haqqında ümumi məlumat vermək idi. Həm akademiya, həm də əsas komanda barədə danışdıq. Məşqçilərlə görüşlər keçirdik. Orada seleksiya xarakterli oyunlar təşkil edildi".

A.Hacıyev ümumilikdə 14 komandada 400-ə yaxın futbolçunu izlədiklərini sözlərinə əlavə edib:

"Əsasən 18 yaşlı oyunçular idi. Aralarından 8 nəfəri xüsusi qeyd etdik. Gələcəkdə onlarla bağlı müzakirələr aparacağıq. Həm akademiyaya, həm də menecerlər vasitəsi ilə Azərbaycanın digər komandalarına təklif oluna bilərlər".

Koordinator səfər çərçivəsində Nigeriya millisinin sabiq hücumçusu Daniel Amokaçi ilə görüşlərinin planlaşdırıldığını və müəyyən səbəbdən alınmadığını vurğulayıb:

"Artıq onlarla yaxşı münasibətlərimiz yaranıb. Bakıda və ya Nideriyada yenidən görüşlərimiz ola bilər".

Xəbər lenti