Venesuela prezidenti Nikolas Maduronun Amerika hakimiyyəti tərəfindən saxlanılması gözlənilmədən futbol azarkeşlərinə çoxdan məlum olan bir detalı xatırlatdı: Maduro "Barselona" və Lionel Messinin azarkeşidir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Messi 2021-ci ilin yayında "Barselona" ilə vidalaşanda Maduro bunun ona şəxsən təsir etdiyini açıq şəkildə etiraf edib. O, Venesuela Olimpiya idmançılarının şərəfinə keçirilən tədbirdə çıxış edəndə Kataloniya klubunun rəhbərliyini tənqid edib və "Messi ilə birlikdə ağladığını" bildirib.
Maduro deyib: "Messiyə etdiklərinin adı yoxdur. Əgər bunu futbol tarixinin ən böyük oyunçusuna edə bilirlərsə, deməli, bunu istənilən şəxsə edə bilərlər".
İllər ərzində Venesuela lideri dəfələrlə "Barselona" geyimləri ilə ictimaiyyət qarşısına çıxıb və kluba olan sevgisini gizlətməyib. Hələ də internetdə yayılan bir videoda Maduro zarafatla kataloniyalılarla "müqavilə imzaladığını" bildirib və məşqə dəvət olunduğunu və ehtiyat hücumçu kimi nəzərdən keçirildiyini iddia edib.
Rəsmi olaraq bunlar qəribə ifadələr və jestlərdir. Əslində, bunlar Messi və “Barselona” hekayəsinin futbol sahəsindən kənara çıxıb, hətta idmandan uzaq olanlara belə təsir etdiyinin daha bir nümunəsidir.
Lionel Messi Nikolas Maduro