IMG-LOGO

"Araz-Naxçıvan"da baş məşqçinin köməkçilərindən biri italiyalıdır

05 Jan 2026 11:53 10 baxış
IMG

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun köməkçilərindən biri italiyalıdır.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Ukraynalı mütəxəssisin fiziki hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi "Dinamo"su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə "Jenis" (Qazaxıstan), "Liepaya" (Latviya), "Lokomotiv" (Tbilisi, Gürcüstan), "Episkopi" (Yunanıstan) və başqa klublarda işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Xəbər lenti