IMG-LOGO

"Neftçi"nin yarımmüdafiəçisi Afrika Millətlər Kubokunda zədələnib

05 Jan 2026 09:30 5 baxış
IMG

"Neftçi"nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda Afrika Millətlər Kubokunda zədələnib.

"Report" Afrika mətbuatına istinadən xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.

O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Benin - Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti