IMG-LOGO

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

05 Jan 2026 09:50 9 baxış
IMG

Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra gerçəkləşib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Qeyd edək ki, Tunis seçməsi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.

Xəbər lenti