Frenk İlett bir ildən çoxdur ki, saçını kəsdirmir, sevimli "Mançester Yunayted"in ardıcıl beş oyunda qalib gəlməsini gözləyir. Azarkeş çox şeyə dözüb: "Old Trafford"da hücum, sosial mediada trollinq, amma ən qəddarı - Frenkın çağırışını çox tez yerinə yetirən "Liverpul" azarkeşi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu müddət ərzində İlett bəlkə də "Qırmızı şeytanlar"ın ən məşhur azarkeşinə çevrilib. Onun saçları bütün dünyada diqqətlə izlənilir və gənc oğlan hər gün sosial mediada saçlarının vəziyyəti barədə məlumat verir.
Yeni il ərəfəsi Frenk Britaniya tok-şousuna dəvət edilib və orada görünüşünü dəyişdirib. Şounun digər qonaqları onun saçları ilə nə edəcəyini müzakirə ediblər, yalnız bir şey qadağan edilib - saç kəsimi. Nəticədə, onlar İlettin buruqlarını düzəltməyə qərar veriblər: üç saç ustası fanatın saçları üzərində çalışıb.
Video TikTok-da 24 saat ərzində təxminən 5 milyon baxış toplayıb. Frenk əvvəllər buruq saçlarını düzəltməyə çalışıb, amma öz sözləri ilə desək, “Mançester Yunayted” azarkeşi sonda "Kissin itirilmiş üzvü" kimi görünüb.
İdman xəbərləri