Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.
“Report”un məlumatına görə, bu, AFFA Region Liqası matçına təsadüf edib.
Belə ki, “Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.
Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.
Bizim Telegram kanalımıza abunə olun