IMG-LOGO

İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib

04 Jan 2026 22:58 33 baxış
IMG

İngiltərə Premyer Liqasının XX turunda "Tottenhem" və "Sanderlend" komandaları arasında keçirilən oyun başa çatıb.

"Report"un məlumatına görə, oyun "Tottenhem Hotspur" stadionunda (London, İngiltərə) keçirilib. Oyunu hakim Stüart Atvell idarə edib. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda ilk qolu 30-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Ben Devis vurub. Qonaqların hücumçusu Brayan Brobbi ikinci hissənin 80-ci dəqiqəsində hesabı bərabərləşdirib.

"Tottenhem" İngiltərə Premyer Liqasında 20 oyundan sonra turnir cədvəlində 27 xalla 10-cu yerdədir. "Sanderlend" 30 xalla yeddinci yerdə qərarlaşıb.

Xəbər lenti