IMG-LOGO

"Kəpəz" ev oyunlarının Qəbələdə keçirilməsinə aydınlıq gətirib

12.01.2024 15:11 66 baxış
IMG

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının XX və XXI turundakı oyunlarının Qəbələ şəhər stadionuna salınmasına aydınlıq gətirib.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

"Tovuzdakı stadionda projektorla bağlı məlum məsələdən sonra iki komandanın arenadan istifadə etməsində müəyyən çətinlik yaranıb. Ona görə Qəbələdə oynayacağıq. Yenidən Tovuza qayıtmağımız aktualdır", - deyə bölgə klubundan vurğulanıb.

"Sarı-göylər" XX və XXI turlarda müvafiq olaraq "Qarabağ" və "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar 2023-cü il oktyabrın ortalarından ev matçlarını Tovuzda keçirib. Komanda Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti