IMG-LOGO

Britaniyada "Formula-1" Qran-prisinin 100 illiyi münasibətilə xatirə sikkəsi buraxılacaq

04 Jan 2026 16:40 6 baxış
IMG

Böyük Britaniyanın Kral Zərbxanası ölkədə "Formula-1" üzrə Qran-prinin keçirilməsinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.

"Report" xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sikkənin nominal dəyəri 50 pens olacaq. Onun üzərində 1926-cı il bolidi və müasir yarış avtomobili təsvir ediləcək.

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi 1926-cı ildən keçirilir və ilk dəfə "Bruklends" trasında baş tutub. 1987-ci ildən etibarən yarışlar "Silverstoun" trasında təşkil olunur. 1950-ci ildən isə avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatının mərhələsi statusunu daşıyır.

Xəbər lenti