I Liqada mübarizə aparan "Zaqatala" klubunun və yerli sahibkarların iştirakı ilə görüş baş tutacaq.
Bu barədə "Report"a Futbolun İnkişaf Fondundan (FİF) məlumat verilib.
Toplantı yanvarın 19-da Bakıda gerçəkləşəcək.
"Bir müddət əvvəl biznes klub layihəsi ilə bağlı paylaşım etmişdik. "Zaqatala” klubu üçün danışıqlar aparırdıq. Ətraflı məlumatı isə tədbirdən sonra paylaşacağıq", - deyə FİF-dən bildirilib.
Bizim Telegram kanalımıza abunə olun