"Valensiya" klubunun azarkeşləri İspaniya La Liqasının XVIII turunda "Selta"ya 1:4 hesabı ilə məğlub olduqdan sonra komandalarının avtobusunun pəncərəsini sındırıblar.
"Report" xəbər verir ki, bu barədə "yarasalar"ın mətbuat xidməti məlumat yayıb.
Rəhbərlik azarkeşlərin komandanın son nəticələrindən narazı qalmasını anlayışla qarşıladığını bildirib. Bununla yanaşı, klub komandanın hava limanına çatdığı zaman avtobusun pəncərələrindən birinin sındırılması ilə nəticələnən insidentə görə ciddi narahatlıq keçirdiyini vurğulayıb.
Bildirilib ki, bu cür zorakı hərəkətlər oyunçuların və ya məşqçi heyətinin üzvlərinin sağlamlığı üçün real təhlükə yarada bilərdi.
Qeyd edək ki, "Valensiya" İspaniya çempionatında ardıcıl beş oyundur ki, qələbə qazana bilmir - iki məğlubiyyət, üç heç-heçə. Komandanın 16 xalı var və turnir cədvəlində 17-ci yerdədir.