İspaniya La Liqasında XVIII turun oyunları davam edir.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında “Selta” öz meydanında “Valensiya”nı 4:1 hesabı ilə darmadağın edib.
“Vilyareal” isə “Elçe” səfərindən 3 xalla qayıtmağı bacarıb – 3:1.
Günün son qarşılaşmasında isə lider “Barselona” səfərdə əzəli rəqibi “Espanyol”la üz-üzə gəlib.
Gərgin keçən oyunda sevinən tərəf qonaqlar olub. Görüş “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 49 xalla Kataloniya klubu rəhbərlik edir. Ondan bir oyun az keçirən “Real Madrid” isə 42 xalla ikinci, aktivində 38 xalı olan “Vilyareal” isə üçüncü sıradadır.
La Liqa