IMG-LOGO

"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb

04 Jan 2026 02:45 8 baxış
IMG

"Portu"nun baş məşqçisi Françesko Farioli London "Çelsi"sinə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Report" xəbər verir ki, mütəxəssisin sözlərini nüfuzlu insayder Fabritsio Romano "X"də yazıb.

"Mən "Porto"da qalıram, bu dəqiqdir. Buna heç bir şübhəm yoxdur və olmayıb. Prosesin ortasında ayrılmaq mənim üçün heç vaxt müzakirə mövzusu olmayıb. Mən kluba tam sadiqəm", - paylaşımda deyilir.

Farioli 2025-ci ilin yayında Portuqaliya klubuna keçib və onun müqaviləsi 2027-ci il iyunun 30-na kimidir. Portuqaliya çempionatında keçirilən 16 oyundan sonra 46 xalı olan "Porto" Lissabon "Sportinq"ini 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti