20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxıb.
"Report"un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın məğlubiyyəti ilə bitib - 0:3 (17:25, 11:25, 22:25).
U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bizim WhatsApp kanalımıza abunə olun