IMG-LOGO

Astarada mikroavtobus aşdı, ölən və yaralılar var - FOTO

03 Jan 2026 18:26 55 baxış
IMG
0 0

Astarada yol qəzası baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.

Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.

Hadisələr

Xəbər lenti