IMG-LOGO

Güləşçilərimiz bu gün medal qazanmadılar

11 Jan 2024 23:16 98 baxış
IMG

Azərbaycanın daha bir güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışını başa vurub.

Lent.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvili üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Meyson Parrisə 5-2 hesabı ilə uduzub.

Bundan əvvəl güləş üzrə Azərbaycan millisinin digər üzvləri Vaxit Qalayev (125 kiloqram) və Gültəkin Şirinova (55 kiloqram) da məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Reytinq turnirinin ilk günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) bürünc medal qazanıblar.

Xəbər lenti