IMG-LOGO

Türkiyə rəsmisi: "Zəngəzur dəhlizi Asiya və Avropa arasında kritik əhəmiyyətə malikdir"

23 Dec 2025 13:50 3 baxış
IMG

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında kritik əhəmiyyətə malikdir.

"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin köməkçisi Mustafa Tuzcu Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, bütün region Zəngəzur dəhlizini Orta Dəhlizin təbii və tamamlayıcı bir hissəsi kimi görür və onun açılmasını gözləyir: "Bu dəhliz tədarük zəncirlərini sadəcə Azərbaycan və Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında əlaqələndirəcək. Qars-Naxçıvan dəmir yolu xətti layihəsi Zəngəzur dəhlizinin səmərəliliyini daha da artıracaq".

Türkiyə rəsmisi qeyd edib ki, 21-ci əsrdə ticarət dəhlizləri yalnız quru və dəmir yollarından ibarət hesab edilməməlidir: "Bu mənada, Rəqəmsal İpək Yolu layihəmizlə başda Azərbaycan olmaqla, türk dövlətlərinin telekommunikasiya infrastrukturlarını birləşdiririk, Qərb və Şərqi fiber-optik marşrutla bir-birinə bağlayırıq. ​Bu bağlantı enerji sahəsinə də ciddi töhfə verir. Türkiyə və Azərbaycan qlobal enerji qovşağında sabitliyin mərkəzi bazaları olaraq, boru xətləri başda olmaqla enerji təhlükəsizliyini təmsil edən baxışa malikdir. Yəni nəqliyyat məsələsinə həm də enerjinin çatdırılması pəncərəsindən baxmaq lazımdır. Azərbaycan bu sayədə son 5 ildə qaz ixrac etdiyi ölkələrin sayını 14-ə çatdırıb".

Xəbər lenti