IMG-LOGO

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

03 Jan 2026 15:52 9 baxış
IMG

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Klubdan "Report"a verilən məlumata görə, Saşa İliçin baş məşqçisi olduğu komanda yanvarın 3-17-si aralığında Lara bölgəsində hazırlıq keçəcək.

"Sumqayıt" bu müddətdə 3 yoxlama oyununda gücünü sınayacaq.

Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın "Pakş", 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə münasibətləri aydınlaşdıracaq.

Xəbər lenti