İngiltərə təmsilçisi "Vest Hem" qış "transfer pəncərəsi"ndə ilk futbolçu keçidini rəsmən açıqlayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni transfer mövsümün ilk hissəsini Portuqaliya "Jil Visente"sində keçirən Pablo Felipedir.
22 yaşlı braziliyalı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. Mediada bu transferin 23 milyon avroya başa gəldiyi yazılıb.
Qeyd edək ki, Pablo Felipe 2025/2026 mövsümünün ilk hissəsində Portuqaliya çempionatında 12 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.