IMG-LOGO

Gəncədə bir-birinə bitişik üç evdəki yanğın söndürüldü - YENİLƏNİB

03 Jan 2026 09:13 3 baxış
IMG
0 1

Gəncədə bitişik evdə qeydə alınan yanğın söndürülüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yağınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yağınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

*** 08:36

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. Lent.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

gəncə yanğın

Xəbər lenti