"Tottenhem" futbol komandasının baş məşqçisi Tomas Frank klubdakı mövcud vəziyyəti şərh edib.
"Report"un "Sky Sports"a istinadən məlumatına görə, mütəxəssis işi ilə bağlı ziddiyyətli hisslər keçirdiyini etiraf etsə də, bildirib ki, böyük dəyişikliklər dövründə London klubuna rəhbərliyi özünə şərəf hesab edir.
"Qısaca desəm, xeyr, hazırda etdiyim işi bəyənmirəm. Amma geri baxanda başa düşürəm ki, əhəmiyyətli dəyişikliklər dövründə belə fantastik klubda işləmək nə qədər şərəfdir. Mənə deyirlər ki, klub səkkiz rəhbər dəyişib. Belə gərgin keçid 140 illik tarixində heç vaxt baş verməyib. Bir çox dəyişiklik var, amma potensial böyükdür.
Bütün bunlar prosesin bir hissəsidir. Özümə deyə biləcəyim anı səbirsizliklə gözləyirəm: bu, necə də möhtəşəm təcrübə olub", - Frank qeyd edib.
"Tottenhem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 12-ci yerdədir.