IMG-LOGO

"Şarlotta" "Aston Villa"nın futbolçusu Harvi Elliottla maraqlanır

03 Jan 2026 06:19 2 baxış
IMG

MLS klubu "Şarlotta" "Aston Villa"nın yarımmüdafiəçisi Harvi Elliottla maraqlanır.

"Report" insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Amerika klubu oyunçu üçün icarə təklifi hazırlayır. Lakin Elliott hazırda belə seçimlə maraqlanmır və karyerasının bu mərhələsində MLS-ə keçməyi düşünmür.

İngilis oyunçu cari mövsüm bütün yarışlarda "Aston Villa"nı heyətində yeddi oyunda iştirak edib və bir qol vurub.

Harvi Elliott 2025-ci ilin yayında "Liverpul"dan icarə əsasında Birmingem klubuna keçib. Onun müqaviləsi 20 iyun 2026-cı ilə qədərdir.

Xəbər lenti