Quba rayonu ərazisində avtomobil qarlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb. Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı avtomobildə olan azyaşlı hadisə anını lentə alıb.
Buzlu yolda idarəetməni itirən avtomobil yolun kənarındakı qayalıq əraziyə aşıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
quba qəza