IMG-LOGO

"Fənərbağça" italyan yarımmüdafiəçini icarəyə götürmək istəyir

02 Jan 2026 21:56 4 baxış
IMG

"Fənərbağça" futbol klubu yarımmüdafə xəttini gücləndirmək üçün İtaliyanın A Seriyasının təmsilçisi "İnter"in formasını geyən Davide Frattesi ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Xatırladaq ki, 26 yaşlı futbolçu 2024-cü ildə "Sassuolo"dan 32 milyon avroya "İnter"ə transfer olunub. Məlumata görə, "Fənərbağça" isə futbolçunu icarəyə götürə bilər.

Davide Fratesi ilə İtaliyanın "Yuventus" klubu da maraqlanır.

Xəbər lenti