IMG-LOGO

Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb

02 Jan 2026 20:39 5 baxış
IMG

Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın bu gün xəstəxanada ölüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Ucar rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü Mahmudova Xatirə Əmrah qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

Xatırladaq ki, dekabrın 31-də baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər (2 kişi, 1 qadın) xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti