"Qarabağ" Çinin "Şanxay Şenxua" klubunun Leandro Andradeni heyətinə qatmaq istəməsinə münasibət bildirib.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
"Demək olar ki, bir neçə oyunçumuza təkliflər var. Amma dəqiqləşən bir şey yoxdur", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.
Bizim Telegram kanalımıza abunə olun