Rusiyada donvurmadan sonra xəstəxanaya müraciət edən yaşlı kişi həkimlərin səhlənkarlığı ucbatından ölüb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaşlı kişi ayaqlarının ciddi donması diaqnozu ilə Moskva xəstəxanalarından birinə yerləşdirilib. Bir həftə sonra isə o vəfat edib.
Mərhumun oğlu iddia edib ki, atası xəstəxanada lazımi şəkildə müalicə olunmayıb, üstəlik ona əlavə bədən xəsarətləri yetirilib. O, Kuzminski məhkəməsinə müraciət edərək 300 min rubl məbləğində kompensasiya tələb edib.
Ekspertlər oğulun yeni xəsarətlərlə bağlı iddiasını təsdiqləməsələr də, müalicənin həqiqətən keyfiyyətsiz aparıldığı qənaətinə gəliblər. Belə ki, pasiyent dəmir çatışmazlığı baxımından müayinədən keçirilməyib, cərrah isə donvurma aşkar edildikdən yalnız bir sutka sonra xəstə ilə məşğul olub.
Nəticədə məhkəmə mərhumun oğluna 100 min rubl məbləğində kompensasiya və nümayəndə xərcləri üçün əlavə olaraq 30 min rubl ödənilməsinə qərar verib.
yaşlı kişi donvurma xəstəxana təzminat