IMG-LOGO

"Qalatasaray" niderlandlı futbolçu ilə maraqlanır

02 Jan 2026 17:32 4 baxış
IMG

İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" "Il Mattino" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" 26 yaşlı vingerlə maraqlanır.

"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.

Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.

Xəbər lenti