IMG-LOGO

İspaniya klubu argentinalı futbolçu ilə müqavilə imzalayıb

02 Jan 2026 16:27 4 baxış
IMG

İspaniyanın "Vilyarreal" klubu yeni futbolçu transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinalı vinger Tyaqo Fernandes heyətə cəlb olunub.

21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Tyaqo Fernandes son olaraq ölkəsində "Veles Sarsfild"in formasını geyinib. "Vilyarreal" 16 oyundan sonra La Liqada 35 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər lenti