İtaliyanın "Latsio" klubu İspaniya millisinin futbolçusu Mikel Oyarsabalı heyətinə qatmaq istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı vinger üçün təklif hazırlayır.
Roma komandası oyunçunun çıxış etdiyi İspaniyanın "Real Sosyedad" klubuna sorğu da göndərib.
Qeyd edək ki, Mikel Oyarsabal "Real Sosyedad"ın yetirməsidir və 2015-ci ildən əsas komandada çıxış edir. O, cari mövsüm 15 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.