IMG-LOGO

Qiyamətə gəmi düzəldən “peyğəmbər” həbs olundu

02 Jan 2026 14:05 4 baxış
IMG
0 0

Polis insanları daşqından xilas edəcəyini vəd edən “peyğəmbər” Ebo Noyu həbs edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “ilahi vəhy” aldığını və seçilmiş insanları üç il davam edəcək qlobal daşqından xilas etmək üçün 10 müasir modul tipli ev tikəcəyini açıqlayan bu şəxs Milad bayramından sonra – 25 dekabr tarixində qlobal daşqın olacağını proqnozlaşdırıb və müasir evlərin tikintisinə pul ödəyən insanların xilas ediləcəyini vəd edib. Əsl adı Evans Eşun olan 30 yaşlı kişi dekabrın 31-də əhali arasında panikaya səbəb olan məlumatlar yaydığına görə həbs olunub.

Bildirilir ki, yüzlərlə insan, o cümlədən qonşu ölkələrdən gələn bəzi şəxslər evlərini tərk edərək şəxsi əşyaları ilə birlikdə göstərilən əraziyə toplaşıblar ki, bu da ciddi təhlükəsizlik və humanitar problemlər yaradıb.

Aylar ərzində Ebo Noy sosial şəbəkələrdə taxta konstruksiyaların tikintisini göstərən videolar paylaşıb və onları kovçeg (modeul tipli evlər) adlandırıb. O iddia edib ki, bu qurğular onun peyğəmbərliyinə inananlar üçün yeganə xilas yolu olacaq. Tikinti üçün vəsait toplayan Ebo Noy bu məqsədlə 250 mindən çox taxta blok aldığını da deyib.

Milad günü gözlənilən daşqın baş vermədikdən sonra o, yeni bir video yayımlayaraq, dualarının və üç həftəlik orucunun fəlakəti təxirə saldığını iddia edib.

peyğəmbər qiyamət həbs

Xəbər lenti