IMG-LOGO

“Azəriqaz” smart sayğaclarla bağlı problemə belə CAVAB VERDİ - YENİLƏNİB

02 Jan 2026 12:38 4 baxış
IMG
0 0

Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur: "Mücaciət sayının çox olduğundan müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəsislər çox ciddi iş aparır".

*** 12:15

“Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.

Lent.az “APA-Econmoics”ə istinadla xəbər verir ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.

“Azəriqaz” abonentləri qeyd edir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.

Məsələ ilə bağlı "Mpay" QSC açıqlamasında bildirib ki, hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: “Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Azəriqaz smart sayğaclar smart kartlar

Xəbər lenti