2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 30 milyon 277 min kvadratmetr pambıq parça istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Ötən il dekabr ayının 1-nə, ölkədə 663 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.